AZ

Peskovdan Almaniya Kanslerinə CAVAB: “SSRİ-ni bərpa etmək…”

Kremlin sözçüsü Dmitri Peskov Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinin guya SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı fikirlərini sərt tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Peskov bu açıqlamanı MDB ölkələrinə qarşı hörmətsizlik kimi qiymətləndirib və bildirib ki, Putinin SSRİ-ni bərpa etmək kimi bir niyyəti yoxdur və ümumiyyətlə, SSRİ-ni bərpa etmək mümkün deyil.

Peskov eyni zamanda Mertsin Rusiyanın NATO-ya hücum hazırlığı ilə bağlı səsləndirdiyi iddiaları da “tamamilə cəfəngiyat” adlandırıb. Kreml rəsmisi bu cür bəyanatların reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Bundan əlavə, Peskov Rusiya Prezidentinin yaxın günlərdə Macarıstan nümayəndə heyəti ilə görüş planının da olmadığını açıqlayıb. Kreml Moskvanın mövqeyinin təhrif olunmasına yönələn iddiaların davamlı olaraq gündəmə gətirilməsinin siyasi manipulyasiya xarakteri daşıdığını bildirib.

Seçilən
39
nocomment.az

1Mənbələr