AZ

Yağışlı havada öz keyfiylə qırmızı işıqda keçən sürücü 77 HC 505 VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 8-də saat 13:26 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-HC-505 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan hərəkətə davam edib. Bu səbəbdən o, yolu keçən piyadaya və yolayrıcına daxil olan digər nəqliyyat vasitəsinə real qəza şəraiti yaradıb.

Qeyd edək ki, qırmızı işıqda keçid həm sürücünün özünü, həm də digər hərəkət iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoyur. Bu cür qayda pozuntuları bir neçə saniyəlik tələskənliyə görə ağır nəticələrə səbəb ola bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
avtosfer.az

1Mənbələr