Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələri 50 kiloqramlıq un kisələrinin satış qiymətlərini açıqlayıblar.
KONKRET.az rəsmi məlumatlara istinadən xəbər verir ki, hazırda topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti region və istehsalçıdan asılı olaraq 26.1-28.6 manat aralığında dəyişir.
Ən ucuz unu “Dəvəçi-Taxıl” MMC təklif edir: 26.10 manat.
Ən baha unu “Azeri-Arapoğlu U.S. və T. LTD” BM (Gəncə şəhəri) təklif edir: 28.6 manat.
Qeyd edək ki, ötən ay “Azeri-Arapoğlu U.S. və T. LTD” şirkəti unu 28 manat 40 qəpiyə təklif edirdi.