AZ

Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək

Milli Məclisdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Vətəninfo.az  bildirir ki, layihələr barədə komitə sədri Arzu Nağıyev məlumat verib.

Bildirib ki, üçüncü oxunuşa təqdim edilən Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb:

“Hörmətli Sədr!

Qanun layihəsindəki dəyişikliklər cəmiyyətdə maraq yaratdığı üçün sizin tövsiyyənizə uyğun olaraq komitə üzvlərimiz tərəfindən də müxtəlif KİV-lərə və teleməkanlara müvafiq şərh və izahatlar verilib. Bir daha qeyd etmək istəyirəm ki, qanun layihəsinin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək təlabat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının formalaşdırılmasına, bununla da bu sahədə olan problemlərin həllinə xidmət edəcək.”

Arzu Nağıyev layihənin komitədə müzakirə edildiyini və üçüncü oxunuş üçün plenar iclasa tövsiyyə olunduğunu bildirib.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

Seçilən
3
veteninfo.az

1Mənbələr