Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
Lukas Hernandesin cəzası açıqlandı
UEFA PSJ-nin futbolçusu Lukas Hernandesin cəzasını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
5-ci turun "Tottenhem"lə görüşündə qırmızı vərəqə alan müdafiəçi komandanın növbəti üç avrokubok matçını buraxacaq. O, "Atletik" (10 dekabr), "Sportinq" (20 yanvar) və "Nyukasl"la (28 yanvar) görüşlərdə meydanda olmayacaq.
Qeyd edək ki, "Atletik Bilbao" - PSJ matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, Lukas noyabrın 26- da "Tottenhem"ə 5:3 hesabı ilə qalib gəldikləri oyunda Xavi Simonsla dirsəklə vuraraq qırmızı vərəqə alıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.