AZ

Metro “Qarabağ” oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq

Bakı. Trend:

Bakı Metropoliteni “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunuilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

QSC-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-dan 11-nəkeçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinləringirişinə açıq olacaq.

Bildirilib ki, Metropoliten azarkeşlərin rahat və təhlükəsizhərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarətmexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazırsaxlanılacaq”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
76
az.trend.az

1Mənbələr