AZ

Kamboca-Tailand münaqişəsi – 50 mindən çox insan məcburi köçkün düşüb

Bakı. Trend:

Tailandla yenidən alovlanan münaqişə fonunda Kambocada əlli minəyaxın insan öz yaşadıqları evləri tərk etmək məcburiyyətindəqalıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Kamboca İnformasiya Nazirliyiməlumat yayıb.

“Tailand hərbçiləri və mülki vətəndaşları tərəfindən həyatakeçirilən hərbi hücumlara görə, 4 əyalətin sakinləri qaçmaq vətəhlükəsiz rayonlara yerləşmək məcburiyyətində qalıblar. Məcburikökçünlərin sayı 16 568 ailə və ya 54 550 nəfərdən ibarətdir”,-deyə bəyanatda qeyd olunur.

Nazirliyin məlumatına görə, 9 dekabr tarixində Tailand silahlıqüvvələri Pousatın qərb bölgəsində yerləşən mülki yaşayışərazilərini atəşə tutub. Bildirilir ki, tailandlı hərbçilər hücumzamanı artilleriyadan – 105 mm və 155 mm çaplı mərmilərdən istifadəediblər. Khmer Times qəzetinin yazdığına görə, Tailand Hərbi HavaQüvvələrinə məxsus F-16 qırıcıları həmçinin Oddar-Miençeyvilayətinin inzibati mərkəzi olan Samroung şəhərinə bombalaratıblar. Döyüş təyyarələrinin hücumu nəticəsində binalar vəinfrastruktur obyektləri dağıdılıb.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr