AZ

Tailand və Kamboca arasında toqquşmalar zamanı hər iki tərəfin itkiləri artıb

Tailand və Kamboca arasında hərbi toqquşmaların yenidən başlaması ilə hər iki tərəfin itkiləri artıb.

APA “Aljazeera”yə istinadən xəbər verir ki, son iki gündə yaşanan münaqişələrdə Kambocada 9 mülki şəxs həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Kamboca Tailandın hücumlarında 11-ci əsrə aid tarixi məbədin məhv olduğunu bildirir.

Tailand tərəfinin itkiləri 3 hərbçinin ölümü və 29 nəfərin xəsarət almasından ibarətdir.

Tailandın xarici işlər naziri Sihasak Phuangketkeow “Aljazeera”yə açıqlamasında hazırda diplomatiya üçün heç bir yer olmadığını vurğulayıb və istənilən sülh razılaşması üçün təşəbbüsün Kamboca tərəfindən irəli sürülməli olduğunu bəyan edib.

Qeyd edək ki, bu il iyulun 28-də Tailand və Kamboca arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs imzalanıb.

Seçilən
3
1
apa.az

2Mənbələr