Almaniya kansleri Fridrix Mertsin Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqını bərpa etmək istədiyi barədə açıqlaması həqiqətə uyğun deyil.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Putin SSRİ-ni bərpa etmək istəmir. Bu mümkün deyil, özü də bunu deyib", - Peskov qeyd edib.
O əlavə edib ki, Sovet İttifaqının bərpası ilə bağlı danışıq "Müstəqil Dövlətlər Birliyinə hörmətsizlik" olardı.
Bundan başqa, Peskov Rusiyanın NATO-ya hücum hazırladığı barədə xəbərdarlıqları cəfəngiyat adlandırıb. O jurnalistləri Putini dinləməyə çağırıb.