Cebheinfo saytına istinadən ain.az xəbər verir.
ABŞ öz hərbi kontingentini Polşa ərazisindən çıxarmaq niyyətində olmadığına dair bu ölkəni əmin edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Marçin Bosatski "TVP İnfo" telekanalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-dən müvafiq sənəd həm hökumətə, həm də Polşa Prezident Dəftərxanasına təqdim edilib.
Diplomat qeyd edib ki, Polşa indi Avropa və ABŞ liderləri arasında mümkün fikir ayrılıqlarının qitənin təhlükəsizliyinə təsir etməyəcəyindən əmin olmaq istəyir.
Qeyd edək ki, sentyabr ayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin öz ərazisində daha çox sayda ABŞ hərbçilərini yerləşdirməyə hazır olduğunu bildirmişdi. Hazırda Polşadakı ABŞ hərbi kontingentinin sayı 10000 nəfər civarındadır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.