Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Kəpəz"i qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Muxtar Respublika təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:
"Rahil Məmmədov və Felipe Santos zədə səbəbindən oynamayacaqlar. Ba-Muaka Simakala isə cəzalı durumdadır. Şarl Bolinin də müəyyən mikrozədəsi var, lakin onun oynamaq ehtimalı yüksəkdir".
Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" matçı 17:00-da başlayacaq.
Nihat