AZ

İran XİN başçısının xanımı Bibiheybət məscidinə getdi - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinın həyat yoldaşı Arzu Əhmədvand öz azyaşlı qızı ilə Bakıdakı Bibiheybət məscidini ziyarət edib.

Modern.az xəbər verir ki, bu barədə məscidin imamı Hacı Rahib Babayev bildirib.

Ziyarət zamanı nazirin xanımını İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun həyat yoldaşı və səfirliyin əməkdaşları müşayiət edib.

Qonaqlara məscidimizin tarixi haqqında məlumat verilib. Daha sonra sülh və əmin-amanlıq, xalqların ifahı üçün uca yaradana dualar edilib.

Qeyd edək ki, 62 yaşlı nazir Abbas Əraqçinin xanımı Arzu Əhmədvand 30 yaşındadır. O, Əraqçinin ikinci həyat yoldaşıdır.

A.Qorxmaz

Seçilən
28
modern.az

1Mənbələr