Bu gün Tehranda İran, Səudiyyə Ərəbistanı və Çinin Birgə Üçtərəfli Komitəsinin üçüncü iclası baş tutub.
Vətəninfo.az xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi rəhbərlik edəcək. İclasdan öncə dünən üç ölkənin diplomat və ekspertlərinin iştirakı ilə ilkin görüş təşkil olunub.
Məlumata görə, görüş Pekin Sazişinin icrasının vəziyyətini izləmək məqsədi daşıyır. Saziş Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasını, səfirliklərin yenidən açılmasını və siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.