Boliviyada avtobus dərəyə düşdü: ÖLƏNLƏR VAR
Ajans.az xəbər verir ki,bu barədə məlumatı yerli mediaya La Paz Yanğından Mühafizə İdarəsinin rəisi Pavel Tobar verib. Onun sözlərinə görə, güclü yağışlar səbəbindən yolun vəziyyəti pisləşib və sürücü idarəetməni itirib. “Kiçik sərnişin avtobusu təxminən 150 metr hündürlükdən dərəyə düşüb. Səkkiz nəfər ölüb, altı nəfər yaralanıb. Ölənlər arasında üç yaşlı bir qız da var idi”, – Tobar bildirib. Yanğınsöndürənlər və könüllülər sağ qalanların xilas edilməsi və cəsədlərin çıxarılması üçün bir neçə saat çalışıblar.