AZ

Britaniyanın ticarət elçisi sabah Azərbaycana səfər edəcək

London, 9 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays sabah Azərbaycana rəsmi səfərə yola düşəcək.

AZƏRTAC xəbər verir ki, 10-13 dekabr tarixlərini əhatə edəcək bu səfər Lord Alderdaysın ticarət elçisi qismində Azərbaycana ilk rəsmi səfəridir. O, bu vəzifəyə cari ilin yanvar ayında təyin olunub.

Səfər çərçivəsində ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
62
azertag.az

1Mənbələr