AZ

Astroloqdan “Ramiz Mehdiyev işi” ilə bağlı sensasiyalı proqnoz: “Həbs olunacaq...

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İyun ayında Ramiz Mehdiyev səltənəti tamamilə çökəcək”. 

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O, “Ramiz Mehdiyev işi” ilə bağlı proqnozlar verib: 

“Ümumiyyətlə, “Ramiz Mehdiyev işi” bağlı həbslər davam edəcək. Lakin ilin sonuna qədər hər hansısa sensasion həbsin olacağını istisna edirəm. Əsas proseslər fevraldan başlayacaq və may ayının sonlarına qədər davam edəcək”. 

Astroloqun proqnozuna əsasən, çox adamın - vəzifəli, vəzifəsiz şəxslərin də həbsi gözlənilir: 

“Bəzi icra başçılarının isə işdən çıxarılacağını proqnozlaşdırıram. Amma bunun “Ramiz Mehdiyev işi” və ya başqa məsələ ilə bağlı olacağını demək çətindir. Çox adamın həbs olunacağı isə bəllidir. Fevraldan iyuna qədər hakimiyyətdəki bəzi simaların da əksəriyyəti dəyişəcək. Onlar da işlərini itirəcəklər”.

Səbuhi Rəhimlinin sözlərinə görə, “Ramiz Mehdiyev işi” barəsində çox şey mayın sonuna qədər bəlli olacaq: "Ramiz Mehdiyev azadlıqa qalmayacaq, həbs olunacaq. Lakin ailə üzvlərindən kimlərinsə hələ ki, həbs olunmayacağını proqnozlaşdırıram”. 

Elmir Mustafa 

“Cebheinfo.az”

Açar sözlər:

Ramiz Mehdiyev Səbuhi Rəhimli proqnoz

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr