Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Zəngilan rayon sakini, 1959-cu il təvəllüdlü Əsmər Nizami rayonu 4 saylı peşə liseyində yerləşən nömrəsiz mənzildə keçmiş həyat yoldaşı Camal ilə mübahisə edib.
Bu zaman Əsmər keçmiş əri ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun üz nahiyəsinə bir dəfə zərbə vurub. O, zərərçəkmiş şəxsə ümumilikdə sağlamlığın qısa müddətə pozulması səbəb olan xəsarət yetirib. Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində keçmiş əri ilə barışdığını deyib. Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib. Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Əsmərin barəsində olan cinayət işi üzrə icraata xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.