ABŞ Türkiyəyə oğurlanmış sənət əsərlərini qaytarıb
Ajans.az TRT Haber-ə istinadən xəbər veirr ki,təhvil-təslim mərasimi Nyu-Yorkdakı Manhetten Rayon Prokurorluğunda keçirilib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgi və yerli rəsmilər iştirak ediblər. Məlumata görə, əsərlər beynəlxalq birgə əməliyyat nəticəsində qaçaqmalçılardan müsadirə olunub. Bu hadisə iki ölkə arasında sənət əsərlərinin qaçaqmalçılığına qarşı əməkdaşlığın əhəmiyyətini vurğulayır. 