Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı Busə Terim özünə yeni sevgili tapıb. İki uşaq anası olan Busə Batuhan Sonla eşq yaşadığını açıqlayıb. Metbuat.az xatırladır ki, Busə Terim 2024-cü ilin mart ayında Volkan Bahçekapılıdan boşanıb. Cütlüyün Nil və Naz adlı iki qızı var. Busə Terim sevgili tapdığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Həyata yenidən başladım”. İki uşaq anası olan Busə ailəsinin onun bu qərarını dəstəklədiyini deyib: “Qızlarım, ailəm və ən yaxın dostlarım yanımdadır. Önəmli olan sevgi, hörmət və diqqətdir. İndi bunların hamısı bir aradadır. Xoşbəxtəm və rahatam”.