Brüsseldə Böyük sinaqoq mühasirəyə alındı: Partlayış təhlükəsi var
Polis əraziyə giriş-çıxışı bağlayıb, Baş ravvinə binaya gəlməmək barədə xəbərdarlıq edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Brussels Times” məlumat yayıb.
Dekabrın 9-da səhər saatlarında Brüsselin mərkəzində, Böyük sinaqoqun yerləşdiyi Regans küçəsi (Rue de la Régence) partlayış təhlükəsi səbəbindən bloklanıb.
Məlumata görə, yerli vaxtla saat 06:00 radələrində binaya bomba qoyulması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub, polis binanın ətrafında mühafizə perimetri qurub. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb və avtomobillərin istiqaməti dəyişdirilib.
Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və əraziyə giriş məhdudlaşdırılıb. Brüsselin Baş ravvini Albert Qiqiyə yoxlamalar başa çatana qədər sinaqoqa gəlməməsi barədə xəbərdarlıq edilib.
Xuraman Etibarlı
İnterpress.az