Yanvar ayından bəri ABŞ-da 85 min viza ləğv edilib
7News.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi yanvar ayından bəri bütün viza növləri üzrə ümumilikdə 85 min vizanın ləğv edildiyini açıqlayıb. Bu rəqəmin keçən il ləğv edilən rəqəmdən iki dəfə çox olduğu bildirilir. Ləğv edilən vizalar arasında 8000-dən çox tələbə vizası da var.