AZ

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib » AzadMedia.az


Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya təyinat verib.

O, kişilər arasında Çempionlar Liqasının qrup mərhələsində Polşa təmsilçiləri "Varta Zaverçe" və "Resoviya" komandalarının qarşılaşmasında iştirak edəcək.

Nərgiz İsmayılova dekabrın 10-da Polşada baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakimləri ukraynalı Mixail Medved və polşalı Matsey Tvardovski olacaqlar.
Seçilən
82
4
azadmedia.az

3Mənbələr