AZ

Tramp Venesuelaya qarşı hərbi strategiyanı açıqlamaqdan imtina edib

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı hərbi strategiyanın təfərrüatlarını açıqlamaq niyyətində olmadığını bildirib.

Missiya.Az xəbər verir ki, bunu o,  jurnalistin ABŞ quru qoşunlarının Venesuelaya yerləşdirilməsi ilə bağlı sualına cavab olaraq deyib.

"Mən tələsik nəticə çıxarmaq istəmirəm. Bu barədə danışmıram. Mən sizinlə hərbi strategiya haqqında danışmaq istəmirəm,- deyə o əlavə edib.

Qeyd edək ki, sentyabr ayından etibarən Trampın göstərişi ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmilərə zərbələr endirib. Nəticədə 80-dən çox insan həlak olub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr