AZ

Google ilk süni intellekt eynəklərini 2026-cı ildə satışa çıxaracaq

Ajans.az xəbər verir ki,yeni eynəklər yüngül və bütün gün istifadə üçün nəzərdə tutulub və real vaxt rejimində kömək üçün Google-un Gemini süni intellekt modeli ilə işləyəcək. Ağıllı eynək bazarı sürətlə böyüyür: Meta artıq milyonlarla Ray-Ban Meta satıb, Apple isə Vision Pro 2 üzərində çalışır. 2013-cü ildə Google Glass-ın uğursuzluğundan dərs çıxaran şirkət bu dəfə məxfilik, rahatlıq və Gemini ilə inteqrasiyaya üstünlük verib. Ekransız versiya “görünməz” süni intellekt təcrübəsi təqdim edəcək, ekranlı model isə böyük qulaqlıqlara ehtiyac olmadan artırılmış reallıq (AR) funksionallığını təmin edəcək.

 

Seçilən
35
Ajans.az

1Mənbələr