Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək arzusu yoxdur.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir. Çünki bu, qeyri-mümkündür. O, bunu dəfələrlə deyib. Və bu barədə danışmaq bizim tərəfdaşlarımıza, MDB-dəki müttəfiqlərimizə və inteqrasiyanın daha təkmil formalarına hörmətsizlikdir", - Peskov bildirib.
Qeyd edək ki, SSRİ-nin bərpası təklifinə Putinin özü də bundan əvvəl cavab vermişdi. Hindistan mediasına verdiyi müsahibədə Rusiya lideri bunu “mümkün olmayan və mənasız” adlandırıb. Putin onu da vurğulayıb ki, indiki şəraitdə bunun heç bir mənası yoxdur. Çünki bu, Rusiyanın milli və dini tərkibini kökündən dəyişdirəcək.