AZ

İçkeriya döyüşçüləri Kadırova MEYDAN OXUDU: Biz buradayıq, gəl – VİDEO

Ukrayna tərəfində döyüşən çeçenlər Ramzan Kadırovun bəyanatına cavab verərək onu görüşə çağırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Ukrayna tərəfində vuruşan çeçen döyüşçüləri (İçkeriya tərəfdarları) Ramzan Kadırovun “göz-gözə görüş”lə bağlı səs-küylü bəyanatlarından sonra ona videomüraciət ünvanlayıblar.

Dəstə komandiri Əbdül-Həkim və silahdaşları Çeçenistan rəhbəri ilə görüşməyə hazır olduqları nöqtəni açıqlayıblar:

“Kadırov, sən lokasiya (yer) istəyirdin, budur, buradayıq. Gözlərimizə baxmaq istəyirdin, gəl. Sənin bəyan etməyi sevdiyin kimi, kişi kimi danışmağa hazırıq”.

Döyüşçülər Kadırovun öz vədinə əməl edib-etməyəcəyini gözlədiklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr