
Bu il planet yenidən iqlim rekordları ilə gündəmdədir. Avropa Birliyinin Kopernikus İqlim Xidməti bildirir ki, 2025-ci il ya tarixin ikinci, ya da üçüncü ən isti ili olacaq. Alimlər deyirlər ki, mövcud göstəricilər yalnız ötən ilin – yəni 2024-cü ilin rekord həddinə yaxınlaşır və bəzən onu belə üstələyir.
Mütəxəssislərin diqqət çəkdiyi ən mühüm məsələ isə temperaturun artıq ardıcıl üç il boyunca sənayeöncəsi dövrə nisbətən 1.5 dərəcə Selsidən yüksək olmasıdır. Bu hədd Paris Sazişinin əsas xətti idi və ölkələr bu limiti keçməmək üçün öhdəlik götürmüşdü. Lakin Kopernikusun son məlumatları bu artımın artıq reallığa çevrildiyini göstərir. Xidmətin iqlim üzrə strateji rəhbəri Samanta Bercess deyir ki, bu rəqəmlər sadəcə statistika deyil – iqlim dəyişikliyinin sürətləndiyini açıq şəkildə göstərən siqnallardır.
İlin müxtəlif dövrlərində ekstremal hava hadisələri də bunu təsdiqlədi. Filippinləri vurmuş Kalmaegi tayfunu iki yüzdən çox insanın həyatına son qoydu. İspaniyada isə son otuz ilin ən ağır meşə yanğınları baş verdi və mütəxəssislər bu hadisələrin iqlim dəyişikliyi ilə birbaşa əlaqəli olduğunu bildirirlər.
Son on il ərzində dünya tarixinin ən isti on ilini yaşayıb. Alimlər deyirlər ki, temperatur dəyişkən olsa da, ümumi trend aydındır – planet hər il bir əvvəlkini ötür və əsas səbəb fosil yanacaqların yaratdığı istixana qazlarıdır.
BMT artıq xəbərdarlıq edir ki, 1.5 dərəcə hədəfinin real şəkildə qorunması mümkün deyil. Buna görə də hökumətlərə daha sürətli və daha kəskin emissiya azaldılması çağırılır. Çünki mövcud artımın davam etməsi halında ekstremal hava, fövqəladə iqlim riskləri və humanitar böhranlar daha da dərinləşəcək.
Hazırkı göstəricilər planetin yeni bir iqlim dövrünə qədəm qoyduğunu göstərir və mütəxəssislər bu tendensiyanın qarşısının alınması üçün dərhal addım atılmasının vacib olduğunu vurğulayıB
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta