Bricit Makronun sərt ifadələri qalmaqal yaradıb
Ajans.az The Sun qəzetinə istinadən xəbər verir ki, Fransanın birinci xanımı komediyaçı Ari Abittanın konsertinə qatılıb. Abittan 2021-ci ildə bir qadın tərəfindən təcavüzdə ittiham olunmuş, lakin üç illik araşdırmadan sonra iş bağlanmışdı. Buna baxmayaraq, ictimaiyyət məsələni unutmayıb və fəallar Abittanın çıxış etdiyi teatra basqın edərək konserti dayandırıblar. Bricit Makron komediyaçıya dəstək olmaq üçün səhnə arxasına keçərkən təsadüfən kameraya düşüb. Abittan birinci xanıma “Qorxuram” deyə şikayət edib. Bricit Makron isə cavab verib: “Əgər o alçaqlar buradadırsa, onları qovacağıq. Bu, inanılmazdır... maskalı quldurlar.” Fəallar həqiqətən də maska taxmış və “Zorakılığa yox!” şüarları səsləndirmişdilər. Video sosial şəbəkələrdə yayıldıqdan sonra Bricit Makrona qarşı tənqidlər artıb.