AZ

Dünyanın ən böyük Lego freskasıyaradıldı

İsveçrədə dünyanın ən böyük Lego freskası hazırlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb.

İverdon-le-Ben şəhərində keçirilən qeyri-adi xeyriyyə marafonu çərçivəsində iştirakçılar 300 min Lego hissəsindən ibarət nəhəng freska qurublar. Uzunluğu təxminən 24 metr, hündürlüyü isə 2 metrdən çox olan kompozisiya Şimali Vo bölgəsinin məşhur məkanlarını əks etdirir.

Layihə iri Lego tədbirləri təşkil edən Brickmaster.ch şirkəti tərəfindən hazırlanıb. Freska, nadir genetik xəstəlikləri olan insanlar üçün ianə toplamağı hədəfləyən telemarafonun bir hissəsi olub.

Nuriyyə NATİQQIZI

Seçilən
47
2
redaktor.az

3Mənbələr