Bu ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 253,5 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 22,8 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 71 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 0,6 faiz azdır.
2025-ci ilin oktyabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
İsrail – 8566
Səudiyyə Ərəbistanı – 6178
BƏƏ – 3148
Küveyt – 1293
İraq – 870
İordaniya – 716
Oman – 584
Misir – 561
Bəhreyn – 353
Yəmən – 194