"Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.
"Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur", -dövlət başçısı bildirib.