Dünən səhər saatlarında Tehranın Evin zindanında tutulan güneyli vəkil Tahir Nəqəvinin həyat yoldaşı Suheyla Seddiqian İran təhlükəsizlik qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.
XəzərNews.az xəbər verir ki, repressiv təhlükəsizlik qüvvələri evdə axtarış apararaq kompüter, mobil telefon və bir sıra şəxsi əşyaları müsadirə ediblər. Daha sonra Seddiqian saxlanılaraq təhlükəsizlik orqanının təcridxanasına aparılıb.
Tahir Nəqəviyə yaxın mənbələrin bildirdiyinə görə, xanımı üç saata yaxın dindirmədən sonra sərbəst buraxılıb. Bununla belə, indiyədək onun nə üçün saxlanıldığı və evə hansı səbəbdən basqın edildiyi barədə rəsmi izahat verilməyib. (GADTB)
Xəbər 1 dəfə oxunub.