AZ

Qərbin avtomobil şirkətləri Çinlə rəqabətə tap gətirə bilmirlər - YENİ QƏRAR VERDİLƏR

Avtomobil istehsalçısı olan Ford şirkəti çinli elektrikli avtomobil istehsalçıları ilə rəqabəti gücləndirmək məqsədilə Renault ilə birlikdə kiçik və daha sərfəli elektrikli avtomobillər hazırlamaq üçün əməkdaşlığa başlayıb.

Day.Az xəbər verir ki, iki şirkətin birgə hazırlayacağı ilk model 2028-ci ildə Renaultun Fransadakı zavodunda istehsal olunacaq. Çin markalarının artan təzyiqi səbəbilə son illərdə Avropa bazarında payını xeyli itirən Ford, bu addımla Avropadakı mövqeyini gücləndirməyi hədəfləyir.

Ford-un baş icraçı direktoru Cim Farli Parisdə jurnalistlərə açıqlamasında Çin istehsalçılarının aşağı maya dəyərli elektrikli avtomobillərlə qlobal bazarı çətin duruma saldığını bildirib. O deyib: "Sənayedə sanki həyatımız uğrunda mübarizə aparırıq. Avropada vəziyyət bunun ən açıq nümunəsidir".

Avropa avtomobil istehsalçıları da BYD, Changan və Xpeng kimi Çin markaları ilə rəqabət aparmaqda çətinlik çəkir. Çin şirkətlərinin Avropada yüngül kommersiya nəqliyyat vasitələri sahəsində satışları hələ aşağı olsa da, Farli bu rəqabətin inkişaf etməkdə olan bazarlarda artıq çox aydın hiss olunduğunu qeyd edib.

Renaultun CEO-su Fransua Provo isə bildirib ki, çinlilər yaxın zamanda Avropaya daha güclü şəkildə daxil olacaqlar və gözləmək kimi lüksümüz yoxdur.

Fordun Avropa minik avtomobili bazarındakı payı son illərdə ciddi enişlə qarşılaşıb. Şirkətin bazar payı 2019-cu ildə 6,1 faiz olduğu halda, bu ilin ilk 10 ayında 3,3 faizə qədər düşüb. Ford eyni zamanda Almaniyanın Saarlouis şəhərindəki zavodunu bağlayaraq Avropadakı fəaliyyətini də xeyli kiçiltmişdi.

Elxan Əliyev
Day.Az

Seçilən
51
day.az

1Mənbələr