AZ

Hava şərəitinə uyğun sürət...

ain.az, Adelet.az saytına istinadən bildirir.

Son vaxtlar bir çox nəqliyyat vasitələrinin sürücüləri hava şəraitinə uyğun sürət həddi seçmədiyinə görə ağır qəzalar baş verib. Bu hadisələr həm Bakıda, həm də respublikanın avtomobil yollarında  olub.

Belə ki, bəzi sürücülər havanın yağışlı - yağmurlu olmasını, eləcə də yolların sürüşkənliyini nəzərə almır, avtomobilin əyləc sistemimdə nazaslıq yaranır və  maşınların təkərləri mövcud tələblərə cavab vermir. El dilində demiş olsaq , şinlər köhnə olur. Elə biz onu demirik ki, sərt döngələrə  də diqqət yetirilməyəndə belə qəzalar qaçılmazdır!

Bir neçə gün bundan əvvəl Qaradağ rayonunin Qobu yaşayış sahəsindəki  avtomobil yolunda  yüksək sürətlə hərəkət edən iri yük maşını qarşıdan gələn taksi ilə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla üç nəfər dünyasın dəyişib. Yük  taksinı vurandan sonra bir  evin həyət qapısına çırpılıb, dəmir qapını dağıdıb həyətdəki tikiliyə ziyan vurub.

Görürsünüzmü, yük maşının sürücüsünün məsuliyyətsizliyi üzündən belə bir faciə yaranıb. Sadəcə olaraq yük maşının sürücüsü bir qədər diqqətli olsaydı, yağışlı gündə hava şəraitinə uyğun sürət həddi seçsəydi, bir sözlə, yol hərəkəti qaydalarına əməl etsəydi  belə ağır qəza baş verməzdi. Çox təəssüf ki, bizdə bir əksər sürücülər yağışlı, qarlı havalarda yolların sürüşkən olduğunu nəzərə almır və    ölümlə nəticələnən ağır qəzalar  yaranır!!!

Emil Faiqoğlu    

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
adalet.az

2Mənbələr