AZ

Azərbaycan nümayəndə heyəti Kərkükdə bir sıra görüşlər keçirib-FOTOLAR



İraq Türkman Tayfaları və Görkəmliləri Şurasının rəhbəri vəkil Feyzullah Bəy Sari Kahya Şuranın qərargahında Azərbaycan Respublikasından gələn nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndəsinin fəal üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri, İlham İsmayılov və Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri, Şəmistan Əlizmanlı, eləcə də Kərkük Universitetinin professoru Dr. Nəbil Şahin Kafarlı daxildir.

Görüş zamanı türkmən tayfaları və İraq Türkman Tayfaları və Görkəmliləri Şurasının İraq siyasi arenadakı rolu müzakirə edilib. Hər iki tərəf həmçinin İraq türkman xalqı ilə Azərbaycan Respublikası arasında dərin köklü münasibətlərə toxunub.

Görüşdə İraq Türkman Tayfaları və Görkəmliləri Şurasının üzvləri də iştirak ediblər.

Sonda qonaqlara səfərlərinə görə təşəkkür əlaməti olaraq Şuranın qalxanı təqdim edilib.



Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr