AZ

Ayaks ın qapıçısından Qarabağ la oyun öncəsi iddialı açıqlama

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"la qarşılaşma ərəfəsində Niderland nəhəngi "Ayaks"ın qapıçısı Vitezslav Yaroş komandasının hədəflərini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Yaroş Bakıdakı mətbuat konfransında çıxışı zamanı son görüşlərdə "Ayaks"ın özünü daha yaxşı göstərdiyini bildirib:

"Komandamızın oyununda yüksəliş var. Son matçlarımız bunu göstərdi. "Ayaks" kimi klubun bir hissəsi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Burada hər şey yaxşı gedir. "Qarabağ"a qarşı da maksimum səviyyədə oynamağa çalışacağıq".

Gənc qolkiper qarşıdakı matçın onlar üçün əhəmiyyətini vurğulayaraq, meydanda mübariz oyun nümayiş etdirməyə hazır olduqlarını deyib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Ayaks" qarşılaşması 10 dekabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
baku.ws

2Mənbələr