AZ

“Sumqayıt” – “İmişli” matçına doğru: Qonaqlarda üzlər gülür 

Misli Premyer Liqasının XIV turunda “Sumqayıt” doğma meydanda “İmişli”ni qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” görüşə itkilərlə çıxacaq. Ronaldo Vaskes cəzalı durumdadır. Höccət Haqverdinin isə mikrozədəsi var. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək.

Ayxan Süleymanlı ilə İsa Sulimanı isə zədəli olduqları üçün matçı buraxacaq.

“İmişli”də isə hər şey qaydasındadır. Heyətdə yalnız Vüsal Qəmbərom zədəlidir. Cəzalı futbolçu isə yoxdur.

Qeyd edək ki, “Sumqayıt” – “İmişli” matçı 19:30-da başlayacaq.

Seçilən
5
idmanxeber.az

1Mənbələr