Kambocanın Oddar Meanchey sərhəd əyalətində Tailandla döyüşlərin şiddətlənməsi səbəbindən 11 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Oddar Meanchey əyalətində Tailand ordusunun Kamboca ərazisinə hücumundan sonra 3503 ailə və ya ümumilikdə 11138 nəfər sərhəd bölgələrini tərk edərək təhlükəsiz mərkəzlərə köçüblər.
Daha əvvəl bildirilmişdi ki, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Kambocanın bir neçə əyalətindən 1150-dən çox ailə təxliyə edilib.
Qeyd edək ki, həftəsonu Tailand və Kamboca arasındakı sərhəd bölgələrində döyüşlər şiddətlənib. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib və Tailand hava hücumlarına başlayıb.