AZ

"Düzdür, "Ayaks" hələ ÇL-də xal qazana bilməyib, amma..." - "Qarabağ"ın sabiq müdafiəçisi

Sabah "Qarabağ" UEFA Çmpionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"ı qəbul edəcək. Ağdam təmsilçisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb Niderland təmsilçisi ilə oyundan nə gözlədiyini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu oyun olduqca vacibdir. Rəqibi Bakıda məğlub etsək, pley-offa yüksəlmək istiqamətində inamlı addım atacağıq. Düzdür, "Ayaks" hələ ÇL-də xal qazana bilməyib, amma onlar da Azərbaycana qələbə dalınca gəliblər. Rəqibin heyəti yenilənib, gənc komandadır. Bu mövsüm qeyri-sabit oynamalarının da əsas səbəbi budur. "Qalatasaray"a 0:3 hesabı ilə uduzduqları oyunda Türkiyə təmsilçisi hesabı açana qədər çox yaxşı mübarizə apardılar. Bir qədər təcrübəsizdirlər. Sanki qol buraxandan sonra həvəsdən düşdülər. "Ayaks"ın hazırda itkiləri də var. "Qarabağ"a həmişə olduğu kimi yenə də inanıram. Qələbə qazanaraq hamımızı sevindirəcəklərinə ümid edirəm".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması 21:45-də başlayacaq.

Nihat  

Seçilən
62
1
fanat.az

2Mənbələr