AZ

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 4 dəfəyə yaxın artıb

2025-ci ilin III rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 185 min 101 manatlıq, ölkə xarici isə 308 min 668 manatlıq fırıldaqçılıq halı baş verib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2-ci rüb ilә müqayisәdә 3-cü rübdә ölkә daxilindә fırıldaqçılıq hallarının mәblәği 3,4 dәfә artıb, ölkә xaricindә fırıldaqçılıq hallarının mәblәği 28,4% azalıb.

Qeyd edilib ki, 2-ci rüb ilә müqayisәdә 3-cü rübdә ölkә daxilindә fırıldaqçılıq hallarının sayı 3,9 dәfә, ölkә xaricindә fırıldaqçılıq hallarının sayı isə 59,6% artıb.

Seçilən
67
2
apa.az

5Mənbələr