AZ

Peskov Mertsin dediklərini axmaqlıq adlandırdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Fridrix Mertsin Rusiyanın Şimali Atlantika Alyansına hücum hazırlaması və “SSRİ-nin bərpası” ilə bağlı dediklərini axmaqlıq adlandırıb.

Publika.az Rusiya mətbuatına istinad xəbər verir ki, Kremlin sözçüsü "Nə bu, nə də digəri doğrudur", - deyə bildirib.

Peskov Mertsin Moskvanın NATO-ya hücum hazırlaması ilə bağlı açıqlamasını axmaqlıq adlandırıb.

Məlumatına görə, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Qərb siyasətçilərinin Rusiyanın guya NATO-ya hücum planlaşdırması ilə bağlı fikirlərini şərh edib. O, bu fərziyyələri cəfəngiyat və inanmaq mümkün olmayan iddia kimi qiymətləndirib.

Seçilən
61
publika.az

1Mənbələr