AZ

503 nömrəli marşrutdan narazılıq: "Dayanacaqlar azdır" ŞİKAYƏT

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhəri və Saray qəsəbəsini metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən 503 nömrəli marşrut xətti üzrə avtobusların dayanacaq sayının azlığı ilə bağlı şikayətlər var.

Bu barədə sərnişinlərin Bakupost.az-a müraciətlərində bildirilir.

Şikayətçilərin sözlərinə görə, demək olar ki, hər gün sürücü və sərnişinlər arasında mübahisələr yaranır.

“Keçən dəfə sürücü bir sərnişin üçün "Bəyaz Saray" şadlıq evinin yaxınlığında saxlamışdı. Bu dəfə mən xahiş edəndə saxlamadı. Bildirdi ki, həmin sərnişinin yükü çox olduğuna görə saxlayıb, lakin sonradan buna görə cərimələnib”, - deyə narazı sərnişin bildirib.

Digər şikayətçi isə deyib ki, sürücülər də vəziyyətdən narazıdır:

"Bizə deyirlər ki, sərnişinlərin şikayətlərindən yorulmuşuq, məsələ bizlik deyil, müfaviq qurumlara müraciət edin".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Sumqayıt-Saray və “20 Yanvar” istiqamətində fəaliyyət göstərən 503 nömrəli marşrut adi rejimdə fəaliyyət göstərir və xətt üzrə bütün dayanacaqlarda dayanır:

“Əlavə dayanacağın təşkili ilə bağlı müraciət olduğu təqdirdə buna qanunvericiliyin tələbinə və prosedura uyğun baxıla bilər. Marşrut avtobusları sərnişindaşıma və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərir. Qeyd edək ki, Sumqayıt şəhərindən metronun “20 Yanvar” stansiyasına əlavə ekspres marşrut da işləyir. Marşrut Saray qəsəbəsinin sakinlərinin çoxsaylı müraciətlərinə cavab olaraq təşkil edilib və çox müsbət qarşılanıb. Redaksiyanıza daxil olan şikayətlər təqdim olunduğu halda, hər birinə ayrıca baxıla bilər”.

Lalə Novruz, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
www.bakupost.az

1Mənbələr