AZ

Güçlü yağış yağacaq, çaylardan sel keçəçək

 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı  ehtimalı var.

Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara  bölgəsinin bəzi  yerlərində isə yağıntının bir qədər də güclənəcəyi  ehtimalı var. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
29
23
ekologiya.az

10Mənbələr