AZ

Merts: Avropanın, o cümlədən Almaniyanın ABŞ-dən daha müstəqil olmasına ehtiyac var...

Almaniya kansleri Vaşinqtonun yeni yanaşmasının Avropa üçün təhlükəsizlik sahəsində daha çox məsuliyyət demək olduğunu bildirir…

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Le Monde qəzetinə açıqlamasında ABŞ-də yayımlanan sənədin Avropanın təhlükəsizlik siyasətində daha çox müstəqillik əldə etməli olduğu barədə mövqeyini təsdiqlədiyini deyib.

Merts bildirib ki, amerikalılarla danışıqlarda o, Vaşinqtonun “Amerika hər şeydən əvvəl” prinsipini başa düşür, lakin bu “Amerika təkbaşına” mənasına gəlməməlidir.

“Mən amerikalılara deyirəm: ‘America first’ əlbəttə başadüşüləndir, amma ‘America alone’ sizin maraqlarınıza uyğun ola bilməz”, deyə kansler qeyd edib.

Onun sözlərinə görə, ABŞ qlobal arenada tək fəaliyyət göstərə bilməz və müttəfiqlərə ehtiyacı var. Merts hesab edir ki, Avropa belə tərəfdaşlardan biri olmaq gücünə malikdir və bu istiqamətdə daha çox məsuliyyət götürməlidir. O, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, NATO daxilində yük bölgüsünün yenilənməsinin və təhlükəsizlik siyasətində koordinasiyanın artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Le Monde yazır ki, Mertsin bu açıqlamaları həm ABŞ-da təhlükəsizlik strategiyası ilə bağlı yeni müzakirələr fonunda, həm də Avropada müdafiə xərclərinin artırılması zərurəti barədə gedən debatların qızışdığı bir vaxtda səslənib. Analitiklərə görə, kanslerin çıxışı Berlinin transatlantik münasibətləri daha balanslı modelə keçirməyə çalışdığını göstərir.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr