AZ

Düzgün bağlanmamış əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə etibarsız sayılmasına yol verilməyəcək

Bakı. Trend:

Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsiqaydasında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərdənhər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsinintərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab ediləbilməyəcək.

Mövcud qanunvericiliyə görə, həmin əmək müqaviləsinintərəflərdən birinin təşəbbüsü ilə yenidən tərtib edilməsi tələbiqoyula bilər.

Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkarolunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxiledilməlidir.

Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əməkmüqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılıolmayaraq bağlandığı gündən etibarlı hesab olunur.

Seçilən
13
3
az.trend.az

5Mənbələr