AZ

"Nəticəni sabah görəcəyik" - Qrim "Qarabağ"ı təriflədi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində saban Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayaks"da baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis belə danışıb:

"Klubdakı insanlar bizə dəstək olurlar. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz bura gəldikləri üçün xoşbəxtik. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Futbolçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir. "Qarabağ"la qarşılaşmanı səbirsizliklə gözləyirik. Bu matçda da futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq.

Oyundan-oyuna dəyişikliklər olub. Hazırda danışmaq çətindir. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik. Yeddi xalı olan rəqibə qarşı oynayacağıq. Meydanda əlimizdən gələni edəcəyik. "Qarabağ"ın oyunlarını izləmişik, təhlil etmişik. Balanslı, inkişaf etmiş komandadır. Hücumlara sürətli çıxırlar. Buna qarşı planlarımız var. Onlar yaxşı müdafiə olunurlar və ağıllı oynayırlar. Nəticəni sabah birlikdə görəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı 21:45-də başlayacaq.

Seçilən
12
fanat.az

1Mənbələr