AZ

“Qarabağ”ın rəqibi hücumu gücləndirir

“Leypsiq”in vingeri Yan Diomande qış transfer pəncərəsində İngiltərə Premyer Liqası klubuna bilər.

Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Liverpul” ciddi şəkildə maraqlanır.

Diomande Məhəmməd Salahın mümkün gedişi fonunda onun yerinə əsas namizəd sayılır. Misirli forvard baş məşqçi Arne Slotla yaşadığı gərginlik səbəbindən klubdan ayrılmağa yaxındır. Fil dişi sahilli futbolçu bu mövsüm 15 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
87
msport.az

1Mənbələr