Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini son oxunuşda qəbul edib.
Bəs bu qərardan sonra moped qəzaları azalacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, bu qərardan sonra moped qəzaları azalacaq:

"Bilirsinizmi, bu həm dövlət qeydiyyat nişanı, həm də sürücülük vəsiqəsi olanda, birincisi, qaydalardan və qanunlardan bunların xəbəri olur. Bilirlər ki, hüquqları nədir, qaydalar nədir, necə bir davranış göstərməlidirlər, necə idarə etməlidirlər və sair. Həmçinin də bunlarla bağlı artıq sürücülük vəsiqəsi olduqda onlara qanuni cəza yazılacaq, həmçinin bal sistemi, cəza bal sistemi tətbiq ediləcək. Bunların hamısı qəzaların aradan qaldırılmasında, sürücülərin daha da diqqətli olmasında çox mühüm rol oynayacaq".
Nuriyyə NATİQQIZI