İspaniyada həkimlər Səhiyyə Nazirliyi tərəfindən hazırlanan yeni əmək qaydalarına qarşı dörd günlük tətilə başladılar.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, son altı ayda həkimlərin ölkədə qrip epidemiyasının pik həddi ilə üst-üstə düşən üçüncü tətilidir.
Yeni əmək qaydalarına, növbələrdəki dəyişikliklərə, işçi çatışmazlığına və aşağı iş saatları nisbətlərinə qarşı çıxan həkimlər bu gün başlatdıqları tətili 12 dekabra qədər davam etdirəcəklər.
Tətilə əlaqədar olaraq bu gün bir neçə şəhərdə, xüsusən də paytaxt Madrid və Barselonada nümayişlər keçirildi.
Həkimlər ağ xalatlarını geyinərək Madriddəki parlament binasının qarşısında toplaşaraq Səhiyyə Nazirliyinə doğru yürüş ediblər.
Hüquqlarının genişləndirilmək əvəzinə daha da azaldığını iddia edən həkimlərlə əlaqəli həmkarlar ittifaqları və tibb palataları "peşəmizə hörmət və ləyaqət" tələb etdilər.