ABŞ miqrantların cinayət qeydlərini əks etdirən ictimai portal yaradıb
Ajans.az departament portalın elanına istinadən xəbər verir ki: “Ərazinizdə saxlanılan ən pislərin ən pisini tapın. Bu şəffaf sistem sayəsində amerikalılar öz məhəllələrində gizlənən ictimai təhlükəsizlik təhdidlərini görə bilərlər.” Portalda təxminən 10.000 şəxs haqqında məlumatlar yerləşdirilib. Hər bir qeyddə həmin şəxsin adı, soyadı, mənşə ölkəsi, həbs yeri və iştirak etdiyi cinayət kateqoriyaları qeyd olunur. Əksər qeydlərdə həmçinin saxlanılanların fotoşəkilləri də yer alır. Axtarış sistemi dünyanın 160-dan çox ölkəsi və ərazisini əhatə edir. Portalda Yuqoslaviya tərkibində olan müasir respublikalar ayrı kateqoriya kimi təqdim olunub. Həmçinin Afrika, Cənubi Amerika, Asiya, Qərbi və Şərqi Avropa ölkələrindən olan saxlanılmış miqrantlar haqqında məlumatlar da əks olunub. Daha əvvəl ABŞ prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu qeyd etmiş və daha sərt immiqrasiya siyasətinin tərəfdarı olduğunu bildirmişdi. O, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edərək, tarixdə ən böyük qanunsuz miqrant deportasiyasını həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.